“Sumqayıt Tekstil” MMC-nin dövlətə məxsus payı özəlləşdirilib

16:22 - 2.08.2023


2 avqust, Fineko/abc.az.  “Sumqayıt Tekstil” MMC-nin dövlət payının satışı ilə bağlı  elan edilmiş investisiya müsabiqəsinə “Sumqayıt Texnologiyalar Parkı” MMC  qalib elan olunub.

ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki,  alqı-satqı müqaviləsinə uyğun olaraq, investor dövlət büdcəsinə 5 milyon manatın köçürülməsinə, həmçinin 2 il ərzində müəssisədə 9,1 milyon manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəliklər götürüb.

Müsabiqə qalibi investisiya qoyuluşları nəticəsində müəssisədə 350 yeni iş yerinin yaradılmasını planlaşdırır.