17:16 - 14.08.2023
14 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabr ayında keçiriləcək hərraclara çıxarılan əmlakların sayı çox, çeşidi isə müxtəlifdir.
Dövlət Xidmətindən ABC.AZ-a bildirilib ki, növbəti ayın 5-i, 11-i, 12-si və 14-ü tarixlərində hərrac keçiriləcək.
Sentyabrın 5-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi və 2 avadanlıq çıxarılacaq. Bunların sırasında müxtəlif markalı minik avtomobilləri ilə yanaşı, traktor da var.
Sentyabrın 11-də keçiriləcək hərraca “AqrarKredit” ASC Bank olmayan Kredit Təşkilatının balansında olan 9 nəqliyyat vasitəsi çıxarılıb.
Sentyabrın 12-də təşkil olunacaq hərracda isə 13 obyekt və 11 nəqliyyat vasitəsinin özəlləşdirilməsi imkanı yaradılacaq. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, hamam, iaşə obyektləri, mağaza da var.
Sentyabrın 14-də keçiriləcək hərraca “Dəmirbank” ASC-yə məxsus 4 daşınmaz əmlak çıxarılıb.
Hərraca çıxarılan əmlakların tam siyahısı: (https://clck.ru/33TqtH).
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024