Azərbaycan şirkəti əmlakını satışa çıxarır - Yığıncaq keçiriləcək

10:42 - 22.08.2023


22 avqust, Fineko/abc.az. 2 oktyabr 2023-cü il saat 11.00-da “Bakı yoltikintiservis” ASC səhmdarları­nın növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

ABC.AZ xəbər verir ki, gündəlikdəki məsələlər: şirkətin maliyyə vəziyyətinin təhlil edilməsi, ASC-nin əmlakının bir hissəsinin satışının həyata keçirilməsi, Mülki Məcəllədə nəzərdə tutulan bəzi məsələlərin həllidir.

İclac Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı -Binəqədi şosesi 11 ünvanında keçiriləcək.