Dövlət Xidməti 10 nəqliyyat vasitəsini satıb

12:19 - 23.08.2023


23 avqust, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 10 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə, 42 sifariş qəbul edilib.

Dövlət Xidmətindən ABC.AZ-a bildirilib ki, hərrac rəqabətli olub.

Belə ki, “UAZ” markalı avtomobilin start qiyməti 3500 manat olsa da, ən son təklif 8400 manata yüksəlib. İlkin qiyməti 8100 manat olan “QAZ 3302” markalı nəqliyyat vasitəsi 8570 manata özəlləşdirilib. Cari ay üzrə növbəti hərrac avqustun 29-da keçiriləcək.