Son 7 ayda Azərbaycana 183 ölkədən turist gəlib

14:25 - 23.08.2023


23 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1 milyon 143,6 min və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

ABC.AZ Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, gələnlərin 32,8%-i Rusiya Federasiyası, 18,2%-i Türkiyə, 7,4%-i İran, 4,9%-i Hindistan, 4,7%-i Gürcüstan, 3,9%-i Səudiyyə Ərəbistanı, 2,4%-i Qazaxıstan, 2,3%-i Pakistan, 2,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Özbəkistan, hər birindən 1,5% olmaqla İsrail və Ukrayna, 1,4%-i Belarus, 1,3%-i Küveyt, hər birindən 1,2% olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4%-i digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 70,5%-ni kişilər, 29,5%-ni qadınlar təşkil edib.