Azərbaycana bu ölkələrdən gələnlərin sayı artıb

14:35 - 23.08.2023


23 avqust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1 milyon 143,6 min nəfər turist gəlib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,3 dəfə, Türkmənistandan – 3,8 dəfə, Hindistandan – 2,6 dəfə, Belarusdan – 2 dəfə, Özbəkistandan – 1,9 dəfə, Qazaxıstandan – 1,8 dəfə, Rusiya Federasiyasından – 1,7 dəfə, İsraildən – 44,2%, ABŞ-dan – 38,7%, Gürcüstandan – 34,5%, Böyük Britaniyadan – 29,2%, Küveytdən – 26,6%, Türkiyədən – 18,8%, Birləşmiş Ərəb Əmirliklərindən – 15,8%, Pakistandan – 6,3% artıb.

2022-ci ilin 7 ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5% artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6 % azalaraq 185,4 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1%-i hava, 27,6%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.