Azərbaycanın DGK ölkəyə idxal olunan bütün növ spirtli içkilərə nəzarət edir

15:05 - 5.07.2018


5 iyul, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi (DGK) ölkəyə idxal olunan spirtli içkilərin keyfiyyətini diqqətlə yoxlayır.

DGK-in məlumatında deyilir ki, əhalini narahat edən mövsümi məsələlərdən biri, zəhərlənmə riskinin artması, xüsusilə, naməlum mənşəli spirtli içkilərin idxalı məsələsidir.

“Bu faktı nəzərə alaraq, Dövlət Gömrük Komitəsi bildirir ki, bütün növ spirtli içkilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilir və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verdikdən sonra respublikamıza idxal olunur. Əgər məhsulun keyfiyyətinə dair şübhə yaranarsa, Mərkəzi Gömrük Ekspertizası İdarəsində həmin məhsul dərhal yoxlanılır”, - məlumatda belə deyilir.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ilin əvvəlindən ölkədə spirtli içkilərlə əlaqədar kimyəvi zəhərlənmə qeydə alınmayıb.

 

Bütün xəbərlər