17:18 - 28.08.2023
28 avqust, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyul ayları ərzində 299 min 678 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,2 faiz çoxdur.
Dövlət Xidmətindən ABC.AZ-a bildirilib ki, bu göstəricinin 47 min 406-sı (15,8 faiz) ilkin, 252 min 272-si (84,2 faiz) isə təkrar qeydiyyatın payına düşüb.
Cari ilin yanvar-iyul ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 29 min 846-sı fərdi yaşayış və bağ evi, 53 min 408-i mənzil, 209 min 806-sı torpaq sahəsi, 1815-i qeyri-yaşayış binası, 4320-si qeyri-yaşayış sahəsi, 415-i əmlak kompleksi, 68-i isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 56 min 177-si Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Yeddi ayda 245 min 855 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 61,2 faiz çoxdur. 2023-cü ilin 7 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz artaraq 46 min 611 olub.
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024