15:36 - 29.08.2023
29 avqust, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 19-də və 26-da dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərraclar keçirəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, hərraclara ümumilikdə 72 dövlət əmlakı çıxarılacaq.
Belə ki, sentyabrın 12-də baş tutacaq hərracda 12 kiçik dövlət müəssisəsi və obyekti, 18 avtomobil təqdim ediləcək. Bunların arasında yardımçı təsərrüfat, iaşə obyektləri var. Rusiya istehsalı olan nəqliyyat vasitələri üstünlük təşkil edir.
Sentyabrın 26-da keçiriləcək hərracda isə 42 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Avtomobillərin istehsal tarixi 2005-2014-cü illər arasında dəyişir.
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024