Ali məktəblərdə 3300-dən çox yer boş qalıb

16:18 - 31.08.2023


31 avqust, Fineko/abc.az. Ali təhsil müəssisələrinə boş qalan plan yerlərinin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən ABC.AZ-a verilən xəbərə görə, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb.