15:04 - 7.09.2023
7 sentyabr, Fineko/abc.az. Sentyabrın 28-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Bank Standard”, “Atrabank” və “Dəmir Bank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Söhbət “Bank Standard”a məxsus Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 4,043 hektar torpaq sahəsindən, “Atrabank”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Droqalnıy döngəsi, ev 4 ünvanında yerləşən ümumi sahəsi 47,30 kv.metrlik mənzildən, “Dəmir Bank”a məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 387 kv.metrlik fərdi yaşayış evindən gedir.
Bankların daşınmaz əmlaklarına müvafiq olaraq 35 min manat, 60 min manat və 150 min manat qiymət qoyulub.
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024