Azərbaycan 8 ayda aqrar sənaye məhsullarının ixracını 10 faiz artıb

15:02 - 8.09.2023


8 sentyabr, Fineko/abc.az. 2023-cü ilin 8 ayı ərzində Azərbaycandan aqrar və aqrar sənaye məhsullarının ixrac dəyəri $593,9 milyon təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 10,4% çoxdur. 

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

İxracın ümumi həcmində aqrar məhsulların payı $461,3 milyon (+5,3%), aqrar sənaye məhsullarının payı $132,6 milyon (+32,8%) təşkil edib.

2023-cü ilin yanvar-avqust ayları ərzində meyvə-tərəvəz ixracı 7,4% artıb.

2022-ci ildə Azərbaycan $912,4 milyon dəyərində aqrar və aqrar sənaye məhsulları ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 11,8% çoxdur.

İxracın ümumi həcmində $717,6 milyon (+6,7%) aqrar məhsulların, $194,8 milyon (+35,4%) aqrar sənaye məhsullarının payına düşüb.