Azərbaycan gömrükçüləri İrandan Ukraynaya narkotik vasitənin tranziti cəhdinin qarşısını aldılar

16:04 - 6.07.2018


6 iyul, Fineko/abc.az. Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisindən tranzitlə aparılması cəhdinin qarşısını alıblar.

DGK-in məlumatında deyilir ki, Azərbaycan vətəndaşı Ağayev İmamverdi idarə etdiyi "Mercedes-Benz Axor" markalı yük avtomobilində narkotik vasitəni aparmağa cəhd etmiş və İranla sərhəddə saxlanılmışdır.

“Qanun pozucusu  İranın “Mojtaba Shage Azar” şirkəti tərəfindən “LLC Lisintra” Ukrayna şirkətinə göndərdiyi  800 kisə  natrium karbonatı aparırdı. Kinoloji baxışdan  sonra 25 polietilen paketdə 260 kq çəkidə narkotik maddələr aşkar edilmişdir”, - məlumatda belə deyilir.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən aşkar edilən narkotik vasitə kustar üsulla hazırlanmış heroindir.

 

Bütün xəbərlər