12:23 - 11.09.2023
11 sentyabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə kirayə verilməsi üsulu ilə daha 268 mənzil satışa çıxarılıb.
ABC.AZ xəbər verir ki, yeni mənzillər 2 yerdə - 234 mənzili Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində və Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Surxay Noçuyev küçəsində yerləşən kompleksdə təqdim olunur.
Mənzillərin sahəsi və aylıq ödənişləri:
1 otaqlı 55 kv.m – 357.08 manatdan;
2 otaqlı 78 kv.m – 506.41 manatdan;
3 otaqlı 141 kv.m – 915.43 manatdan başlayır.
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Surxay Noçuyev küçəsində yerləşən yaşayiş kompleksi 13 mərtəbəli binadan ibarətdir. Mənzillərin otaq sayı 2-4 aralığındadır və tam təmirlidir. Bütün kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb, mənzillər çıxarışla təmin edilib.
Kompleksin infrastruktur cəhətdən üstünlükləri
Mənzillərin sahəsi və aylıq ödənişləri:
2 otaqlı 91.95 kv.m – 718.31 manatdan;
3 otaqlı 118.87 kv.m – 928.61 manatdan;
4 otaqlı 159.39 kv.m – 1245.15 manatdan başlayır.
Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 14 sentyabr 2023-cü il tarixindən etibarən açıq olacaq.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 3 913 vətəndaşla kirayə müqaviləsi bağlanıb.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024