Ramazan Abdulatipov: Xəzər fəlakət şəraitindədir

16:18 - 6.07.2018


6 iyul, Fineko/abc.az. Ölkələr Xəzər dənizinin statusu haqqında razılaşmağa çalışırlarkən, dənizin ekoloji sistemi fəlakətlə üzləşir.

RF Prezidentinin Xəzər regionu ölkələri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi, Dağıstanın keçmiş başçısı Ramazan Abdulatipov  TASS agentliyinə verdiyi müsahibəsində bildirib ki, Xəzər dənizinə nəhəng ziyan vurulub.

“Bu yaxında İranda işgüzar səfərdə oldum və ölkənin rəhbərliyi səviyyəsində, gələcəkdə region üçün perspektivli istiqamətlərin inkişaf etdirilməsi üçün imkan yaratmaq məqsədilə ətraf mühitin tənzimlənməsinin vacibliyi barədə danışdıq. Hazırda Xəzəryanı dövlətlər Xəzər dənizini effektiv şəkildə idarə etmirlər və bu əraziyə həm ekoloji ziyan vururlar, həm də özlərinə iqtisadi ziyan vururlar. Çünki biz kifayət qədər mobil işləməyincə, Xəzərə üçüncü ölkələrin şirkətləri gələcək”, - deyə R. Abdulatipov bildirib.

 

Bütün xəbərlər