İpoteka kreditlərinə tələb 23% artıb

15:34 - 11.09.2023


11 sentyabr, Fineko/abc.az. Bu ilin II rübündə Azərbaycan banklarında ipoteka kreditlərinə tələb 23% artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.

Məlumata görə, II rübdə bankların daxili ipoteka kreditlərinə tələb 2%, İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) kreditlərinə tələb isə 19% artıb.

Həmçinin Azərbaycan bankları bu ilin III rübündə ipoteka kreditlərinə tələbin 23%, o cümlədən daxili ipoteka kreditlərinə tələbin 8%, İKZF-in kreditlərinə tələbin isə 27% artacağını gözləyir.