Bundan sonra bələdiyyələr torpaq sata bilməyəcək - Detallar

11:49 - 13.09.2023


13 sentyabr, Fineko/abc.az. Qanunsuz tikililərin qarşısının alınması üçün şəffaflığın təmin edilməsi vacibdir. Düşünürəm ki, bir müddət öncə Torpaq Məcəlləsinə edilən dəyişiklik şəffaflığın təmin edilməsi və qanunsuz evlərin tikilməsinin qarşısının alınması üçün vacibdir.

ABC.AZ xəbər verir ki, bunu  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O qeyd edib ki, bələdiyyə torpaqlarının sərhədlərinin müəyyən olunması, onların elektron sistemə daxil edilməsi həm aşkarlığın təmin olunması, həm də müəyyən nöqsanların aradan qaldırılması üçün çox vacibdir.

“Bu, müəyyən neqativ halların qarşısının alınması üçündür. Həm bələdiyyələr, həm də icra hakimiyyətləri tərəfindən verilmiş torpaqlarda tikilmiş evlərə hüquqi sənədlərin verilməsi çətin vəziyyətdədir.