Azərbaycanın iri tikinti şirkətinə rəhbər təyin edildi

17:15 - 14.09.2023


14 sentyabr, Fineko/abc.az. Azərbaycanda tikinti şirkəti “Prokon” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri dəyişib.

ABC.AZ xəbər verir ki, Rauf Ağayev Mirağa oğlu şirkətin direktoru təyin edilib. O bu vəzifədə Azad Namazov Vəli oğlunu əvəz edib.

Qeyd edək ki, “Prokon” “Nobel Oil Services” şirkətinin tikinti və layihələrin idarə olunması üzrə törəmə müəssisəsi kimi 2012-ci ildə fəaliyyətə başlayıb. Şirkət 2021-ci ildə 179.23 milyon manat gəlirə qarşı 16.78 milyon manat xalis mənfəət əldə etmişdi.

Bütün xəbərlər