“General Motors” və “Ford”un işçiləri ABŞ-da tətilə başlayıb

11:18 - 15.09.2023


15 sentyabr, Fineko/abc.az. ABŞ “Birləşmiş Avtomobil İşçiləri” müqaviləsi üzrə danışıqlar başa çatdıqdan sonra işçilər tətilə başlayırlar.

ABC.AZ xarici mətbuata istinadən xəbər veir ki, işçilər “Bronco SUV” istehsal edən “Ford”un Miçiqan zavodunu, orta ölçülü pikap istehsal edən Missuridəki “General Motors” zavodunu və “Jeep Wrangler”in istehsal olunduğu Ohayo ştatının Toledo şəhərindəki “Stellantis NV” zavodunu tərk etməyə başlayıblar.

Həftələrlə davam edən danışıqlara baxmayaraq müzakirələrin müsbət nəticəsi olmayıb. Bundan sonra işləri şirkətin işini "sabotaj" etməyə başlayıb. İştirakçılar məsələ müsbət həllini tapana qədər tətili davam etdirəcəklərini bildiriblər.

Bütün xəbərlər