Xorvatiya Ukrayna taxılından imtina edir

16:42 - 19.09.2023


19 sentyabr, Fineko/abc.az. Xorvatiyanın baş naziri Andrey Plenkoviç Xorvatiyanın tranzit ölkə olduğunu və Ukraynadan taxıl idxal etməyəcəklərini bildirib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Plenkoviç ölkə mətbuatına verdiyi açıqlamada ölkəsinin Ukraynadan taxıl idxal etməməsi ilə bağlı Ukrayna prezidenti Vladimir Zelenskiyə və Ukrayna nazirlərinə məlumat verildiyini bildirib.

Avropa Birliyinin (AB) üzvü olan Xorvatiyanın Ukrayna taxılının yalnız tranzit ölkəsi olduğuna diqqət çəkən Plenkoviç, daha ucuz Ukrayna taxılını idxal etməyəcəklərini açıqlayıb.

Ukrayna-Rusiya müharibəsinin başlaması ilə Ukraynadan qurudan Şərqi və Mərkəzi Avropa ölkələrinə xeyli miqdarda taxıl və ərzaq məhsulları göndərilməyə başlandı. Ukraynanın kənd təsərrüfatı məhsulları sərhədyanı ölkələr olan Polşa, Macarıstan, Rumıniya, Slovakiya və yaxınlıqdakı Bolqarıstan bazarlarına daxil olub.