Asiya Bankı bu il Azərbaycanda 10 faiz olacağını proqnozlaşdırır

10:05 - 20.09.2023


20 sentyabr, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiyanın 10 % olacağını proqnozlaşdırır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilir.

Sənədə əsasən, bu, ADB-nin aprel proqnozu ilə müqayisədə 3 faiz bəndi çoxdur.

Bank gələn il isə Azərbaycanda inflyasiyanın 8,5 % olacağını gözləyir ki, bu da əvvəlki proqnoza nisbətən 2 faiz bəndi çoxdur.

ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionunda inflyasiyanın bu il 10,6 % (əvvəlki proqnoza nisbətən 0,3 faiz bəndi çox), gələn il isə 8 % (0,5 faiz bəndi çox) olacağını proqnozlaşdırır.

Bütün xəbərlər