10:38 - 20.09.2023
20 sentyabr, Fineko/abc.az. Amerikanın “Johnson & Johnson” holdinqi ilk dəfə olaraq loqosunu yeniləyib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu, tibbi texniki həllər bazarında inkişaf etmək planları ilə bağlıdır.
Qeyd edək ki, “Johnson & Johnson” köhnə loqodan 135 ildən çox, 1887-ci ildən istifadə edib.
Şirkət tibb və əczaçılıq seqmentlərini vahid brend altında birləşdirib. “Janssen” adlı əczaçılıq seqmenti “Johnson & Johnson Innovative Medicine” adını alıb, tibbi texnologiya seqmenti isə “Johnson & Johnson MedTech” kimi qalıb.
Mətbuata açıqlamada bildirilib ki, yeni loqo “təəccüb və insanlıq hissi yaradır”, ampersand isə (“və” birləşməsini əvəz edən “&” loqoqramı) “qayğıkeş insanın təbiətini” nümayiş etdirir.
Qeyd olunur ki, tədricən yeni loqo, rənglər və şrift şirkətin bütün məhsul və qablaşdırmalarında tətbiq ediləcək.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024