Blinken Əliyevdən əməliyyatların dayandırılmasını istədi - Prezident belə cavab verdi

10:51 - 20.09.2023


20 sentyabr, Fineko/abc.az. ABŞ Azərbaycandan Qarabağdakı antiterror əməliyyatının dayandırılmasını istəyib. 

ABC.AZ xəbər verir ki, sentyabrın 19-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən minaların quraşdırılması, nəticədə mülki şəxslərin və polis əməkdaşlarının həlak olması, həmçinin Ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması faktlarını qeyd edib.

Dövlətimizin başçısı silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib.