14:54 - 20.09.2023
20 sentyabr, Fineko/abc.az. Böyük Britaniyanın İstehlak Qiymətləri İndeksi (CPI) avqust ayında illik 6.7% təşkil edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə Milli Statistika İdarəsinin (ONS) aylıq hesabatında qeyd edilib.
İnflyasiya səviyyəsi ardıcıl altıncı aydır ki, aşağı düşüb və bu, 2022-ci ilin fevralından bəri ən aşağı CPI səviyyəsidir.
İyulda Böyük Britaniyanın istehlak qiymətləri indeksi illik müqayisədə 6.8% olub.
Sözügedən hesabatda qeyd edilib ki, benzin və dizel yanacağının bahalaşması fonunda inflyasiyanın yavaşlaması bir çox analitiklər üçün sürpriz olub. Lakin bu artım ərzaq qiymətlərində nisbətən kiçik artımla kompensasiya edilib. Avqustda ərzaq və alkoqolsuz içkilərin qiymətləri cəmi 0.3% artıb.
Bir il əvvəl, eyni dövrdə qiymət artımı 1.5% olub. Avqustda ərzaq məhsullarının illik inflyasiyası 13.6%, iyulda 14.9% təşkil edib. Bununla yanaşı, avqust ayında iyul ayı ilə müqayisədə bəzi məhsulların, o cümlədən süd və pendirlərin, tərəvəz və balığın qiymətləri bir qədər də ucuzlaşıb. Otel və aviabilet kateqoriyalarında qiymət artımı da yavaşlayıb. Eyni zamanda, iyul-avqust aylarında benzinin orta qiyməti 1 litr üçün 5.3 pens, dizel yanacağının isə 5.9 pens bahalaşıb.
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
26 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023