Son 8 ayda bu qədər meyvə-tərəvəz ixrac edilib

10:29 - 21.09.2023


21 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust ayları ərzində ölkədən 438,5 milyon ABŞ dolları dəyərində 435 min tondan çox meyvə-tərəvəz ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 7,4 faiz, həcmi isə 13,5 faiz artıb.

Cari ilin iyul ayına nisbətdə isə avqustda meyvə-tərəvəzin ixrac dəyəri 22,7 faiz azalaraq 38,4 milyon dollar, həcmi isə 20,9 faiz azalaraq 38 min ton təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin ilk 8 ayında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1,8 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 19,84 faizə bərabər olub.

Bütün xəbərlər