2027-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqı 1153.2 manat olacaq

14:40 - 21.09.2023


21 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyinin “2024-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sı dərc edilib.

ABC.AZ-ın məlumatına görə, Azərbaycanda inflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artımı ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcək.

Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2027-ci ildə 106.0 milyard manata, xərclərinin isə 102.6 milyard manata qədər yüksəlməsi gözlənilir.

Qeyd edilir ki, Azərbaycan orta aylıq əməkhaqqının 2024-cü ildə 980 manat, 2025-ci ildə 1038 manat, 2026-cı ildə 1 095.4 manat,  2027-ci ildə isə 1 153.2 manat olacağı proqnoz edilir.