İyulun 10-da gözlənilən hava haqqında məlumat

14:32 - 9.07.2018


9 iyul, Fineko/abc.az. Sabah, iyulun 10-da Bakıda və Abşeronda hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 24-27, gündüz 33-37, Bakıda gecə 25-27, gündüz 34-36 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütünu, nisbi rütubət gecə 60-70%, gündüz 40-50% təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) sabah dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Çimərliklərdə  əlverişli hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında iyulun 10-da  hava yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 36-41,  dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

 

Bütün xəbərlər