Gələn il Azərbaycanda bir sıra vergi güzəştləri tətbiq ediləcək

16:16 - 21.09.2023


21 sentyabr, Fineko/abc.az. 2024-cü ildə gəlirlər üzrə siyasətin əsas istiqamətləri üzrə həm sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, həm də sahibkarlıq fəaliyyətinin təşviq edilməsi nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində qeyd edilib.

Sənəddə vurğulanıb ki, fiziki şəxslərin gəlirlərinə düşən vergi yükünün azaldılması məqsədilə bəzi kateqoriyalı fiziki şəxslərə verilən güzəştlərin həcminin artırılması və bir sıra gəlirlərinin vergiyə cəlb olunan gəlir bazasına aid edilməməsi nəzərdə tutulub.

Eyni zamanda sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədi ilə, maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, ictimai və sosial məqsədlər üçün ödənilən vəsaitlər üzrə mənfəət vergisindən azad olan hissənin artırılması, bir sıra təsərrüfat sahələri üzrə mülkiyyət vergiləri üzrə əlavə güzəştlərin verilməsi nəzərdə tutulub.

Bütün xəbərlər