İlham Əliyev Dünya Bankının rəsmisini qəbul edib

11:58 - 22.09.2023


22 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev sentyabrın 22-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysı qəbul edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı Dünya Bankının Azərbaycan iqtisadiyyatının modernləşdirilməsinə və şaxələndirilməsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Ötən illər ərzində əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev gələcək konkret istiqamətlərin və layihələrin müəyyənləşdirilməsinin önəmini vurğuladı. Dövlət başçısı ölkəmizin uzun illər xarici borcun azaldılması istiqamətində səylər göstərdiyini və artıq bu məqsədə nail olunduğunu qeyd edib.

Azərbaycanla artıq 30 ildir əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu bildirən Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru dedi ki, bu gün Azərbaycan əhəmiyyətli inkişafa nail olub və yüksək nəticələr əldə edib. Qonaq bu inkişaf yolunda ölkəmizlə tərəfdaş olmaqdan məmnunluğunu ifadə edib.