İngilis funt-sterlinqi ABŞ dolları qarşısında zəiflədi - Səbəb

12:33 - 22.09.2023


22 sentyabr, Fineko/abc.az. İngilis funt-sterlinqi ABŞ dolları qarşısında zəifləyərək 1.2260 dollardan da aşağı enib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, zəifləmə Britaniyada pərakəndə satışların avqust ayında gözləniləndən daha az artdığı göstərilməsiinin ardından yaşanıb.

Belə ki, Britaniya pərakəndə satışları illik müqayisədə 0.4% artım qeydə alınıb və bu da iqtisadçıların proqnoz etdiyi 0.5%-lik artımdan xeyli aşağıdır.

Məlumatların açıqlanmasından sonra funt sabitləşdi və Bakı vaxtı ilə 11:20 radələrində 0.3% ucuzlaşaraq 1.2252 dollar səviyyələrinə qədər ucuzlaşdı. Avroya qarşı isə 0.86 sterlinq səviyyəsində qalıb.