Bu günə kimi əhaliyə nə qədər ƏDV qaytarılıb?

14:07 - 22.09.2023


22 sentyabr, Fineko/abc.az. Bu günə qədər Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinə görə 4 761 müraciət üzrə 17,2 milyon manata yaxın ƏDV məbləği vətəndaşlara geri qaytarılıb.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, bundan başqa, qurum bəyan edib ki, vətəndaşların aldığı əmlaka görə ödənilmiş ƏDV-nin qaytarılması zamanı bir sıra hallarda ərizələrdə bank rekvizitlərinin yanlış göstərilməsi və yaxud hesabların başqa şəxslərə aid olması kimi faktlara rast gəlinir. Bu isə ƏDV məbləğinin bir hissəsinin göstərilən hesablara köçürülməsi zamanı problemlər yaradır. Nəticədə, yaranmış çətinliklər əlavə inzibati yükə səbəb olur və vətəndaş məmnuniyyətinin azalmasına gətirir.

Bu səbəbdən ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı inzibatçılıqda müvafiq dəyişiklik edilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər