Azərbaycan xaricə kibertəhlükəsizlik məhsulları ixrac edəcək

14:30 - 22.09.2023


22 sentyabr, Fineko/abc.az. “Yerli mütəxəssislərin hazırlanması, Azərbaycanda kibertəhlükəsizliyin bir mədəniyyətə çevrilməsi ilə bağlı işlər həyata keçirilir”.

ABC.AZ xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müşaviri Şahin Əliyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təhsil almış gənclərin dəstəyi ilə yerli məhsullar hazırlanır:

“Strategiyada da təsbit olunduğu kimi, yerli məhsulların hazırlanması təşviq edilməlidir. Bununla bağlı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təhsil almış gənclərin dəstəyi ilə yerli məhsullar hazırlanır. Önümüzdəki illərdə ölkədə müxtəllif şirkətlərdə, təşkilatlarda tətbiqini görəcəyik. Daha sonra isə biz bu məhsulları xaricə ixrac edəcəyik”.

Bütün xəbərlər