15:23 - 22.09.2023
22 sentyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə MDB ölkələrindən Azərbaycana gələnlərin sayı 1.6 dəfə artaraq 549.4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37.8 faiz artaraq 67.6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10.2 faiz azalaraq 228.4 min nəfər olub.
Dövlət Sərhəd Xidmətindən ABC.AZ-a daxil olan məlumata əsasən, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71.9 faizi hava, 26.7 faizi dəmir yolu və avtomobil, 1.4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23.0 faiz artaraq 1209.0 min nəfər olmuşdur. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1.5 dəfə, Gürcüstana gedənlərin sayı 33.6 faiz, Türkiyəyə gedənlərin sayı 13.7 faiz artmış, İrana gedənlərin sayı 20.0 faiz azalmışdır. Ölkə vətəndaşlarının 44.3 faizi Türkiyəyə, 21.3 faizi Rusiya Federasiyasına, 9.1 faizi Gürcüstana, 7.4 faizi İrana, 17.9 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 65.1 faizini kişilər, 34.9 faizini qadınlar təşkil edib.
2023-cü ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68.6 faizi hava, 28.8 faizi dəmir yolu və avtomobil, 2.6 faizi isə dəniz nəqliyyatından istifadə edib.
30 Noyabr 2023
30 Noyabr 2023
30 Noyabr 2023
30 Noyabr 2023
30 Noyabr 2023
30 Noyabr 2023
30 Noyabr 2023
30 Noyabr 2023
30 Noyabr 2023
30 Noyabr 2023
30 Noyabr 2023
30 Noyabr 2023
30 Noyabr 2023
30 Noyabr 2023
30 Noyabr 2023
30 Noyabr 2023
30 Noyabr 2023
30 Noyabr 2023
30 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023