Həyat sığrortası üzrə ödənişlər ötən ildəkindən 38 faiz azalıb - Hesabat

15:48 - 22.09.2023


22 sentyabr, Fineko/abc.az. Azərbaycanda həyat sığortası üzrə bazarı 2023-cü ilin ilk 8 ayında 2.4 dəfə böyüyüb.

ABC.AZ xəbər verir ki, bu Mərkəzi Bankın 2023-cü ilin yanvar-avqust aylarına olan statistikasında qeyd edilib.

Belə ki, hesabat müddətində sığorta şirkətləri həyat sığortası üzrə 377.36 milyon manat haqq yığıblar. Sığorta ödənişlərinin həcmi 194.49 mln. manat olmaqla öncəki ilin eyni dövründən 38% azdır.

Həyat sığortasısının 355.74 mln. manatı həyatın yaşam sığortasını, 18.08 mln. manatını həyatın ölüm halından sığortası olub.

Qeyd edək ki, hesabat ili müddətində 618.9 mln. manat könüllü sığorta yığılıb

Bütün xəbərlər