Azərbaycanda uşaqların məktəbə qəbulu zamanı əsas prinsip ərazi prinsipi olacaq - məktəblər çatışmır

15:25 - 9.07.2018


9 iyul, Fineko/abc.az. Azərbaycanın Təhsil Nazirliyi uşaqların məktəbəqədər hazırlıq qruplarına və ümumi təhsil məktəblərinin birinci siniflərinə qəbulu prosesindən narahatdır.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, müəyyən məktəblərdə, xüsusilə, paytaxtda, şagirdlərin həddindən artıq  çoxluğu müşahidə olunur.

“Təhsil haqqında Qanun”a edilən düzəlişlərə əsasən, altı yaşı tamam olan uşaqlar məktəblərə qəbul oluna bilər. Biz bu uşaqları məktəbə qəbul etməliyik. Təbiidir ki, bəzi ərazilərdə bu, məktəblərdə şagirdlərin həddindən artıq çoxluğu ilə nəticələnə bilər, lakin bəzi məktəblər ərazi prinsipinə riayət etmirlər. Həddindən  artıq çoxluq müşahidə olunan məktəblərdə, ilk növbədə, uşaqlar ərazi prinsipinə əsasən qəbul ediləcəklər. Növbəti tədris ilində bu məsələ ciddi şəkildə diqqət mərkəzində olacaqdır. Artıq ikinci ildir ki, hazırlıq qruplarında beş yaşlı uşaqların qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Çox güman ki, məktəbəqədər yaş qruplarına qəbul zamanı ərazi prinsipi daha geniş tətbiq olunacaq”, - deyə nazir müavini bildirib.

 

Bütün xəbərlər