Azərbaycan hökuməti Dünya Bankı ilə bu məsələni müzakirə edib

17:15 - 22.09.2023


22 sentyabr, Fineko/abc.az. Azərbaycan hökuməti Dünya Bankı tərəfindən hazırlanmış investisiya layihələrinin indikativ proqramını müzakirə edib.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Praysilə bank ilə ölkəmiz arasında əməkdaşlığın gündəliyində olan məsələləri müzakirə edilib", - nazir qeyd edib.

M.Cabbarov bildirib ki, R.Praysilə 2023-2028-ci illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması, əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.