10:50 - 26.09.2023
26 sentyabr, Fineko/abc.az. Gürcüstanda Avropa İttifaqından Rusiya və Belarusa avtomobillərin ixracına qoyulan qadağa bu gündən, sentyabrın 26-dan qüvvəyə minib. Qərar avqustun əvvəlində verilib. Oxşar qaydalar Amerika avtomobillərinə də aiddir.
ABC.AZ xarici məbuata istinadən xəbər verir ki, tədbirlər mühərrikinin həcmi 1900 kubmetrdən çox olan avtomobillərin Rusiyaya idxalını qadağan edən Aİ-nin 11-ci sanksiyalar paketinə uyğun olaraq həyata keçirilib.
Xatırladaq ki, Gürcüstan avtomobil istehsal etmir, lakin onları fəal şəkildə idxal edir. 2023-cü ilin martında ölkə Rusiyaya minik avtomobillərinin ixracını kəskin şəkildə artırıb. 2023-cü il avqustun əvvəlində Yaponiya İqtisadiyyat Nazirliyi mühərriki 1.9 litrdən çox olan avtomobillərin, hibridlərin və elektromobillərin Rusiyaya ixracını qadağan edib. Məhdudiyyətlər fonunda iyul ayında Tokiodan avtomobil ixracı 53% artıb.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024