Azərbaycanda bankların kredit portfelinin həcmi açıqlanıb

11:19 - 26.09.2023


26 sentyabr, Fineko/abc.az. Azərbaycanda bankların kredit portfelinin həcmi cari ilin avqust ayında 21 814,2 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu da keçən illə müqayisədə 3 175,6 milyon manat və ya 17% çoxdur.

2022-ci ilin avqust ayında bu göstərici 21 814,2 milyon manat təşkil edib.

Portfelin bölgüsündə biznes kreditlərinin payı 1 329,8 milyon manat (12,7%) artaraq 11,821,8 milyon manata, istehlak kreditləri 1 115,9 milyon manat (20,6%) artaraq 6 532,6 milyon manata, ipoteka kreditləri 729,9 milyon manat (26,7%) artaraq 3 459,9 milyon manata çatıb.