Ölkədə bir ayda bu qədər bankomat quraşdırılıb

11:34 - 26.09.2023


26 sentyabr, Fineko/abc.az. Azərbaycanda bankomatların sayında artım qeydə alınıb. ABC.AZ Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, cari ilin avqust ayında ümumilikdə 3 104 ədəd bankomat quraşdırılıb. Bu da aylıq 17 ədəd (0,6%) illik isə 79 ədəd (2,6%) çoxdur.

Keçən ay qurşadırılmış bankomatların sayı 3 087, ötən ilin avqust ayında quraşdırılmış bankomatların sayı isə 3 025 ədəd olub.

2022-ci ilin avqust ayında bu göstərici 21 814,2 milyon manat təşkil edib.

POS-terminalların 1 612 ədədi Bakının, 1 492 ədədi də regionların payına düşür. Bakıda quraşdırılmış bankomatların sayı  aylıq 9 ədəd ( 0,6%), illik, 30 ədəd (1,9%) artıb. 

Cari ilin iyul ayında Bakıda 1 603 ədəd, ötən ilin avqust ayında 1 582 ədəd bankomat qurşadırılıb.

Regionlarda isə aylıq 8 ədəd (0,5%), illik, 49 ədəd (3,4%) artım qeydə alınıb.

Regionlarda keçən ay 1 484 ədəd, ötən ilin avqust ayında  1 443 ədəd bankomat quraşdırılıb.

 

Bütün xəbərlər