Azərbaycanın bu Bankı istiqraz buraxılışı yolu ilə 10 milyon manat cəlb edir

12:16 - 26.09.2023


26 sentyabr, Fineko/abc.az. Sentyabrın 18-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Rabitabank" ASC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Birjadan ABC.AZ-a daxil olmuş məlumata görə, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. 

Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 100 000 ədəd, hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 9.5%, tədavül müddəti 2 il, faiz ödənişi periodu hər 3 aydan birdir.