Azərbaycanda əmlak sığortası üzrə yığımlar artıb - Hesabat

15:16 - 26.09.2023


26 sentyabr, Fineko/abc.az. Azərbaycanda əmlak sığortası üzrə yığımlar artıb.

ABC.AZ Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 143 milyon 260,4 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 22 milyon 386 min manat və ya 18,5%  çoxdur.

2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 120 milyon 874,4 min manat təşkil edib.