Azərbaycanda dövlətə məxsus iki zavod ləğv olunur

15:42 - 26.09.2023


26 sentyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus C.Cavadov adına Kürağzı Nərə Balıqartırma Zavodu və Şirvan Nərə Balıqartırma Zavodu ləğv olunur.

ABC.AZ xəbər verir ki, bu barədə nazirliyin məlumatında bildirilir.

Məlumata görə, bununla bağlı qərar sentyabrın 19-da qəbul olunub. Qərara əsasən, Ləğvetmə Komissiyası yaradılıb. Komissiyanın sədri Rəşad Allahverdiyevdir.

Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 35 ünvanına bildirə bilərlər.