Azərbaycanda yüklərin sığortası 16%-dək artıb

16:11 - 26.09.2023


26 sentyabr, Fineko/abc.az. Azərbaycanda yüklərin (nəqliyyat) sığortası üzrə yığımlar artıb.

ABC.AZ Mərkəzi Banka istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 11 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 541 min manat və ya 15,6% çoxdur.

2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 3 milyon 469 min manat təşkil edib.

Bütün xəbərlər