16:40 - 26.09.2023
26 sentyabr, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Çexiyada keçirilən 2023 Yaşıl Sövdələşmə Sammitinin açılışında çıxış edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Von der Leyen çıxışında keçən il Avropada istixana qazı emissiyalarının təxminən 2,5 faiz azaldığını deyib:
“Qaz emissiyaları azaldı, iqtisadiyyat isə 3,5 faiz artdı. İqtisadiyyatımız böyüdükcə emissiyalarımızı müvəffəqiyyətlə azaltdıq”.
Avropada ilk dəfə olaraq külək və günəşdən elektrik enerjisi istehsalının qazı üstələdiyini deyən Von der Leyen, bərpa olunan enerjinin planetimiz üçün xeyirli olmaqla yanaşı, həm də enerji müstəqilliyinə töhfə verdiyini və məşğulluğu artırdığını söyləyib.
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
13 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024
12 Dekabr 2024