Əfqanıstan pulu dünyanın ən güclü pullarından birinə çevrildi

10:03 - 27.09.2023


27 sentyabr, Fineko/abc.az. Üçüncü maliyyə rübündə Əfqanıstan valyutası 9% möhkəmlənib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, il ərzində əfqani təxminən 14% bahalaşaraq qlobal siyahıda Kolumbiya və Şri-Lanka valyutalarından sonra üçüncü olub. 

Bu, Taliban hərəkatının yerli əməliyyatlarda dollar və Pakistan rupisindən istifadə etməyi qadağan etməsi sayəsində baş verib. Əfqanıstan hakimiyyəti həmçinin ABŞ dollarının ixracına məhdudiyyətləri sərtləşdirib və onlayn ticarəti qanunsuz elan edib. Buna görə Əfqanıstan sakinlərini həbs gözləyir.

Humanitar yardım və artan ticarət də Əfqanıstan valyutasını dəstəkləyir. Çin, Britaniya və Türkiyə şirkətləri dəmir və qızıl mədənlərinin işlənməsi üçün Əfqanıstanla bu ay 6.5 milyard dollarlıq müqavilə imzalayıb. Yanvar ayında Əfqanıstan hakimiyyəti Çin neft şirkəti ilə müqavilə bağlayıb.