Azərbaycanda corab məmulatlarının istehsalı 7%-dən çox azalıb

10:28 - 27.09.2023


27 sentyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 2 407,4 min cüt corab məmulatları istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, corab məmulatları istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 186,9 min cüt  və ya 7,2% azdır. 2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 2 594,3 min ədəd təşkil edib.

01.09.2023-cü il tarixinədək hazır məhsul ehtiyatı 46,2 min ədəd olub. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 41,6 min ədəd və ya 10 dəfə çoxdur. 01.09.2022-ci il tarixinədək hazır məhsul ehtiyatı 4,6 min ədəd olub.