Avropa Bankı Azərbaycanla bağlı proqnozunu yeniləyib

10:37 - 27.09.2023


27 sentyabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 1,5 % artacağını proqnozlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Bankın “Regional İqtisadi Perspektivlər” hesabatında bildirilib.

Sənədə əsasən, bu, Bankın may ayındakı proqnozu ilə müqayisədə 1 faiz bəndi azdır.

EBRD gələn il isə Azərbaycanda real iqtisadi artımın 2,5 % olacağını gözləyir ki, bu da may ayındakı proqnoza nisbətən 0,2 faiz bəndi azdır.

Bank Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Qafqaz regionunun isə iqtisadiyyatının bu il 1,9% (proqnoz dəyişməyib), gələn il isə 3,1% (0,2 faiz bəndi az) böyüyəcəyini bəyan edib.

Bütün xəbərlər