Azərbaycan manatının nominal effektiv məzənnəsi 6%-dən çox artıb

12:27 - 27.09.2023


27 sentyabr, Fineko/abc.az. Cari ilin avqust ayında Azərbaycan manatının nominal effektiv məzənnəsi 101,4 bənd təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu da cari ilin iyul ayı ilə müqayisədə 1,6 bənd (1,6%) çoxdur.

İyul ayında manat nominal effektiv məzənnəsi 99.8 bənd təşkil edib.

İllik müqayisədə nominal effektiv məzənnə isə 5,8 bənd (6,1%) artıb.

Qeyri-neft sektoru üzrə məzənnə avqust ayında 166.6 bənd təşkil edib ki, bu da aylıq müqayisədə 3,6 bənd (2,2%) illik, 28,3 bənd (20,5%) çoxdur.