Azərbaycanda dizel yanacağı istehsalı 22%-dən çox artıb

14:20 - 27.09.2023


27 sentyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 1 547,4 min ton dizel yanacağı istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə dizel yanacağının istehsalı 282,9 min ton və ya 22,4% artıb.

2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 1 264,5 min ton təşkil edib. 2023-cü ilin 1 sentyabr tarixinə hazır məhsul ehtiyatı 97,3 min ton təşkil edib.

Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 58,5 min ton yaxud 150,8% (2,5 dəfə) çoxdur. 

2022-ci ilin 1 sentyabr tarixinə hazır məhsul ehtiyatı 38,8 min ton olub.