14:41 - 27.09.2023
27 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Türkiyəyə səfər etmiş şəxslərin 1,7 %-ni Azərbaycan vətəndaşları təşkil edib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 8 ay ərzində Azərbaycandan Türkiyəyə 557 449 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur
Təkcə avqust ayında isə Türkiyəyə Azərbaycandan 121 114 nəfər gedib ki, bu da 1 il əvvələ nisbətən 58,4 % çoxdur. Azərbaycan vətəndaşları ümumi turist axınında 1,8 % paya malik olub.
Yanvar-avqustda Türkiyəyə ümumilikdə 33,427 milyon nəfər (illik müqayisədə 13,9 % çox), təkcə ötən ay isə 6,661 milyon nəfər (5,6 % çox) səfər edib.
Türkiyəyə ən çox Rusiyadan (4,351 milyon nəfər; 44,8 % çox) ziyarətçi gəlib. Onu Almaniya (4,083 milyon nəfər; 6 % çox) və Böyük Britaniya (2,652 milyon nəfər; 12,4 % çox) izləyib.
Avqustda isə Türkiyəyə ən çox Almaniyadan (871,3 min nəfər; 1,5 % çox), Rusiyadan (852,6 min nəfər; 5,7 % çox) və Böyük Britaniyadan (588,4 min nəfər; 6,9 % çox) insan gəlib.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024